MƏKTƏBDƏ "BİLİK GÜNÜ" TƏDBİRİ KEÇİRİLİB

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nuru Əhmədov, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Məktəbin direktoru Kəmalə Qədirova yeni tədris ilində şagirdlərə uğurlar arzulayıb, məktəbin nailiyyətlərindən söz açıb. Kəmalə müəllim bildirib ki, "Bilik günü" şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də gözəl bir gündür. Bu tədris ili mahiyyəti baxımından bir neçə məqama görə fərqlənir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu Şuşada, Xocalıda, ən başlıcası isə Xankəndində ilk dəfə dərs ilinə başlanır. Dövlət quruculuğu, torpaqlarımızın işğaldan tam azad edilməsi, müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlər cənab İlham Əliyevin fəaliyyət strategiyasında son məqsəd deyil. Dövlətin möhkəmləndirilməsi cənab prezident üçün bir nömrəli vəzifədir və o, bizim müstəqil iqtisadi siyasətimizin və milli mənəviyyatımızın təminatçısıdır. Qoy bu zəng hamımız üçün, bütün xalqımız üçün uğur sədası olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi