PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Məktəbdə pedaqoji şuranın iclası keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji şura üzvlərini salamlayaraq yeni tədris ilində pedaqoji fəaliyyətlərində onlara uğurlar arzu edib. Sonra pedaqoji şuranın 2024-2025-ci tədris ili üzrə yeni idarə heyyətinin (sədr və katibin) seçilməsi, məktəbin iş rejiminin və zəng cədvəlinin müəyyənləşdirilməsi haqqında danışıb. Pedaqoji şurada 2023-2024-cü tədris ilinin nəticələri və 2024-2025-ci tədris ili üzrə qarşıda duran əsas məsələlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri, məktəbin 2024-2025-ci tədris ili üzrə illik fəaliyyət planının, o cümlədən pedaqoji şuranın, direktor müavinlərinin, psixoloqun, hərbi rəhbərin, kitabxana müdirinin, UBTR-in illik fəaliyyət planlarının müzakirəsi məsələsi olub. Gündəlikdə məktəb üzrə siniflərin komplektləşdirilməsi, I (bir) və X (onuncu) siniflərə şagird qəbulunun nəticələri, təmayül siniflərin komplektləşdirilməsi vəziyyəti məsələsi qoyulub. Məktəbin direktoru müəllimlərin 2024-2025-ci tədris ili üzrə dərs yükünün müəyyənləşdirilməsi, fərdi təhsilin, günüuzadılmış qrupun, məktəbəhazırlıq qruplarının təşkili vəziyyəti barədə, cari dərs ili üzrə sinif rəhbərlərinin təyini, metodşuranın və fənn metodbirləşmə rəhbərlərinin seçilməsi barədə danışıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova BSQ-nin aparılması barədə çıxış edib. Məktəbin direktoru pedaqoji şurada məktəbdə 2024-2025-ci tədris ilinin təşkili təşkili barədə çıxış edib. Pedaqiji şurada IV və VI siniflərində 18-19 may 2024-cü il tarixlərdə MÜTDA tərəfindən təşkil olunmuş monitorinqlərin yekun nəticələri barədə danışılıb. Şagirdlərin davranış qaydaları haqqında, məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması barədə məktəbin direktoru çıxış edib. Məktəbin direktoru təhsilverənlərin etik davranış qaydaları ilə bağlı danışıb. Pedaqoji şurada məktəbin kitabxanaçısı Cəmilə Bayramova cari dərs ilində şagirdlərin dərsliklərlə təminatı barədə çıxış edib. Sonda məktəbin direktoru cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi