MƏKTƏBIN PEDAQOJI KOLLEKTIVI ŞƏHİDLƏR XİYABANINI ZIYARƏT EDIBLƏR

Məktəbin müdiriyyəti və pedaqoji kollektivi, şagirdləri doğum günü münasibətilə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canından keçən, Azərbycanın Milli Qəhrəmanı Eldar Tağızadənin məzarını ziyarət ediblər. Şəhidlər xiyabanında şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər çiçəklər qoyulub. Məktəbin direktoru Kəmalə Qədirova torpaq, Vətən, bayraq uğrunda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin hər bir şagird üçün örnək olduğunu qeyd edib. Şagirdlərimiz doğma Vətənimizin işğalçılardan qorunması naminə canından keçən, əsl vətənpərvərlik nümunəsi göstərərək, şərəfli bir iz qoyub gedən şəhid Eldar Tağızadənin məzarı üstündə şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi