Pedaqoji şuranın növbəti iclası keçirilib

Məktəbdə pedaqoji şuranın iclası keçirilib. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova sinif jurnallarının işlənməsi vəziyyəti haqqında çıxış edib. Sonra direktor müavinlərinin, təşkilatçının, psixoloqun, metodbirləşmə rəhbərlərinin, UBTR-nin hesabatları dinlənilib. Məktəbin direktoru Kəmalə Qədirova hesabatlar verildikdən sonra çıxışında bildirib ki, ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən Ulu öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Ulu öndərimizin aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq,cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi