Müəllimlərin etik davranış qaydaları haqqında iclas keçirilib
Məktəbin direktoru Kəmalə Qədirovanın rəhbərliyi və pedaqoji kollektivin iştirakı ilə iclas keçirilib.İclasda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli qərarı ilə "Təhsilverənlərin etik davranış qaydaları" təsdiq edilmiş, "Müəllimlərin etik davranış qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli qərarın ləğv edilməsi və yeni qaydalar ilə təhsilverənləri tanış etmək məqsədilə söhbət aparılıb.Məktəbin direktoru bildirib ki, hər bir müəlim qaydalarla tanış olmalı,eyni zamanda riayət etməlidir. .