"Son Zəng" tədbiri keçirilib


Bu gün respublikamızda bütün ümumi təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də “Son zəng” tədbiri keçirilib. “Son zəng” tədbirində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin anası Zenfira Tağızadə,   pedaqoji işçilər, valideynlər və məzunlar iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək  məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək  bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Məktəbin direktoru Kəmalə Qədirova məzunları bu əlamətdar gün münasibətilə təbrik edib. Onlara müstəqil həyatlarında uğurlar diəyib. Kəmalə xanım çıxışında bildirib ki, dövlətimizin məktəbə, təhsilə, müəllimə münasibəti Ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kimi fikirlərində öz əksini tapıb. Məktəbin direktoru “Gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə” fərqlənən müəllimləri Fəxri fərmanla təltif edib. Eyni zamanda dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar. Son zəng tədbirində Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin anası Zenfira Tağızadə məzunları təbrik edib. Tədbirdə məzunların ibtidai sinif müəllimləri öz ürək sözlərini, təbriklərini bildiriblər. Sonda məzunların rəngarəng çıxışları iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi