PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

 

Məktəbdə pedaqoji şuranın iclası keçirilib. Böyük summativ qiymətləndirmənin aparılması və nəticələri  barədə təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova məlumat verib. 2-ci yarımilin nəticələri haqqında 1-4, 5-8 və 10-cu sinif şagirdlərinin növbəti siniflərə keçirilməsi, ilin nəticəsinə görə şagirdlərin yay tədris tapşırığı alması, təkrar sinifdə saxlama, ümumi orta təhsil və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi  haqqında Nazimə Zeynalova pedaqoji şura iştirakçılarına məlumat verib. Məktəbin direktoru Kəmalə Qədirova ümumi orta təhsil və tam orta təhsil haqqında attestatların verilməsi barədə danışıb. Sonra müəllimlərin rəgbətləndirilməsi haqqında məktəbin direktoru çıxış edib. Kəmalə müəllim bildirib ki, müəllimin peşəkarlığı və səriştəliliyi müəllimin əslində bir müstəvidə – pedaqoji prosesdə öz fəaliyyətini peşəkarcasına yerinə yetirə bilməsi və bu prosesə səriştəli yanaşmasıdır. Başqa sözlə, yiyələndiyi peşənin bütün incəliklərini dərindən bilməsi, müəllimlik fəaliyyətini ustalıqla yerinə yetirməsi, həll edəcəyi problemi elmi şəkildə, optimal metodlarla reallaşdıra bilməsidir. Pedaqoji şurada rəğbətləndirilən müəllimlər təbrik olunub. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi