YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ ÇƏRÇİVƏSİNDƏ ŞAGİRDLƏR RƏSMLƏR ÇƏKİBLƏR

“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı məlumatlılığın artırılması, xüsusilə də şagirdlərin ekoloji proseslərdə fəal iştiraka təşviq edilməsi istiqamətində müxtəlif mövzularda ekoloji maarifləndirmə tədbirlərinin aparılması vacib məsələlərdən sayılır. Məktəblilər arasında ekoloji maarifləndirmə tədbirləri çərçivəsində rəsm müsabiqəsinin keçirilməsi ekoloji mədəniyyətin və ətraf mühitin qorunmasının təbliği, eyni zamanda, onların istedadlarının nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.Məktəbimizdə "Yaxşıl dünya naminə həmrəylik ili " çərçivəsində məktəbin UBTR Tağıyeva Bənurənin təşkilatçılığı ilə" Yaşıl otaqda" şagirdlər rəsmlər çəkib divar qəzeti hazırlayıblar.