MƏKTƏBDƏ ARTİ “ REFLEKSİV MÜƏLLİM “ LAYİHƏSİ İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİB

Məktəbimizdə Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsi ilə bağlı görüş keçirilib. İngilis dili fənnini tədris edən müəllimlər üçün təşkil olunan seminarda məktəbin xarici dil müəllimi Gülşən Həsənova 4-cü sinif “İngilis dili” dərsliyində yer alan “Activities and abilities” mövzusunda icmal təqdim edib.Seminarda dərsin məqsədinin alt standartlardan çıxarılması, təlimin məqsədi və qiymətləndirmənin uyğunluğu, dərsin planlaşdırılması, təlimin təşkilində istifadə edilən forma və üsullar, ev tapşırıqlarının dərsin məqsədinə uyğun verilməsi kimi məsələlər müzakirə olunub.