Hamı üçün daha parlaq gələcək

İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlardır. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur: "Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir” Elə bu məqsədlə bu gün məktəbimizin 7b sinfində təşkilat saatı keçirilib. Bu bir saat ərzində şagirdlərimiz “İnsan hüquqları nədir?, Nəyə görə hər kəs onlara hörmət etməlidir?, İnsan hüquqlarına kim sahibdir?, Nə üçün biz insan hüquqları haqqında danışırıq, lakin insan öhdəlikləri barədə danışmırıq?, Mən öz hüquqlarımı necə müdafiə edə bilərəm?” mövzusunda çıxışlar etmiş, digər şagirdlərin çöxsaylı suallarını cavablandırmağa çalışmışlar. Sonda şagirdlər bu qənaətə nail olublar ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrilməklə, vətəndaş cəmiyyətinin başlıca meyarlarından biri sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır, insanların hüquq və azadlıqları ali dəyər kimi qorunur.