"İnsan hüquqları və azadlıqları” adlı təşkilat saatı keçirilib

Məktəbin 5"Ç" sinif rəhbəri Qurbanova Bənövşə "İnsan hüquqları" aylığı çərçivəsində "İnsan hüquqları və azadlıqları” adlı təşkilat saatı keçirib. Azərbaycanın hüquq sistemi, Azərbaycan Respublikasının Konstitusiyasında və beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqları, vəzifələri, azadlıqları haqqında şagirdlərə məlumat verilib. Şagirdlər Hüquq nədir?, Hüquqlarımız hansılardır?, Azadlıq nədir?, Azadlıqlarımız hansıdır? və s. suallar ətrafında fikirlər səsləndirib. İnsanın doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları haqqında geniş məlumat verilib.