ŞAGİRDLƏRİMİZ III UŞAQ KİTAB FESTİVALINDA İŞTİRAK EDİBLƏR

 Məktəbimizin şagirdləri “Insan hüquqları aylığı" çərçivəsində müəllimləri Sevinc Məcidovanın dəstəyi ilə bir çox tədbirlərdə iştirak ediblər. Hər bir insanın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarını səmərəli təşkil etməlidir. Bizim şagirdlərimiz də gərgin keçən dərs ilinin sonunda bu hüquqlarından istifadə edərək Vaqif Səmədoğlunun yenicə çapdan çıxan “Bum-bum” əsərini oxuduqdan sonra səhnələşdiriblər. Sonra isə “3 alma” nəşriyyatının dəvəti ilə III Uşaq Kitab Festivalında çıxış ediblər. Tədbirdə yazıçının həyat yoldaşı Nüşabə xanım iştirak edib, uşaqların çıxışlarına tamaşa edib və onların kitablarını imzalayıb. Şagirdlər tədbirdən sonra şəxsi kitabxanalarında imzalı kitabların sayını artırdıqlarına görə sevinc hissi yaşadıqlarını və asudə vaxtlarının səmərəli keçdiyini söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi