Açıq havada dərs

Məktəbin ana dili və ədəbiyyat müəllimi Sahilə Allahverdiyeva VI"A" sinif şagirdləri ilə açıq havada dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Cek Londonun "Həyat eşqi" əsərinin müzakirəsini keçirib. Açıq səma altında, təbiət qoynunda keçirilən müzakirə çox maraqlı keçib. Beləki, şagirdlər əsərdən gətirilən nümunələrlə fikirlərini bölüşməklə yanaşı müəllifin oxucuya aşıladığı dostluqda sədaqət, insanın nəfsin qulu olmaması, ən əsas həyata, bağlılığı, yaşamaq üçün mücadilə etməsi kimi məsələlərə toxunulub. Əsərdə insanın hər cür çətinlikləri dəf edə bilməsi, qarşısındakı maneələri  aşmaq, hər cür təhlükəni qorxmadan keçə bilməsi kimi fikirlər müzakirə olunub. Keçirilmiş müzakirə şagirdlərdə xoş ovqat, fikrini sərbəst ifadə etmə, oxuduqlarını dərindən anlama və yoldaşlarla bölüşmək, obrazlara fərdi olaraq şəxsi münasibət bildirmək kimi yaxşı keyfiyyətlər aşılayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi