1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"

Məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirin keçirlməsində məqsəd şagirdlərdə dostluq, birlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və onlarda yüksək əhval-ruhiyyə yaratmaq idi. Bayram tədbirində məktəblilər şeirlər söyləyib, milli rəqslər və maraqlı kompozisiyalarla nümayiş etdiriblər.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak ediblər.