PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Məktəbdə pedaqoji şuranın iclası keçirilib. IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri haqqında məktəbin direktoru Kəmalə Qədirova çıxış edib. Rəqəmsal bacarıqlar və STEAM layihələrinin tədrisi vəziyyəti haqqında məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova danışıb. IV və VI siniflərdə Elm və Təhsil Nazirliyi tərəfindən keçiriləcək monitorinqə hazırlıq məqsədilə IV siniflərdə təlim dili, riyaziyyat, VI siniflərdə təlim dili , riyaziyyat və təbiət, VIII siniflərdə buraxılış imtahan fənlərindən aparılan monitorinqin nəticələri haqqında məktəbin direktoru pedaqoji şura iştirakçılarına məlumat verib. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova dərsdinləmələrin və qarşılıqlı dərsdinləmələrin aparılması vəziyyəti barədə çıxış edib.Eyni zamanda gündəlikdə olan məsələ haqqında İlahə Məmmədova danışıb. Şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi istiqamətində işin təşkili, IV siniflərdə aparılan riyaziyyat və ingilis dilindən “ Bilik yarışı” nın nəticələri haqqında məktəbin direktoru çıxış edib. Gündəlikdə olan məsələ haqqında ibtidai sinif müəllimi Afət Allahverdiyeva danışıb. I-IV və V-XI siniflərdə proqram materiallarının yerinə yetirilməsi vəziyyəti haqqında Nazimə Zeynalova çıxış edib. Məktəbin direktoru Kəmalə Qədirova təhsilverənlərin etik davranış qaydaları barədə məlumat verib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi