“Əsl təhsil yalnız mütaliə ilə inkişaf edir”

Məktəbin ana dili və ədəbiyyat müəllimi Sahilə Allahverdiyeva 6"A" sinif şagirdləri ilə açıq havada dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan C. Londonun "Həyat eşqi" əsərinin müzakirəsini keçirib. Açıq səma altında, təbiət qoynunda keçirilən müzakirə çox maraqlı keçib. Beləki, şagirdlər əsərdən gətirilən nümunələrlə fikirlərini bölüşməklə yanaşı müəllifin oxucuya aşıladığı dostluqda sədaqət, insanın nəfsin qulu olmaması, ən əsas həyata, bağlılığı, yaşamaq üçün mücadilə etməsi kimi məsələlərə toxunulub. Əsərdə insanın hər cür çətinlikləri dəf edə bilməsi, qarşısındakı maneələri aşmaq, hər cür təhlükəni qorxmadan keçə bilməsi kimi fikirlər müzakirə olunub. Keçirilmiş müzakirə şagirdlərdə xoş ovqat, fikrini sərbəst ifadə etmə, oxuduqlarını dərindən anlama və yoldaşlarla bölüşmək, obrazlara fərdi olaraq şəxsi münasibət bildirmək kimi yaxşı keyfiyyətlər aşılayıb.