“Fövqəladə hallar zamanı davranış qaydaları”

Məktəbin 10 "C" sinif rəhbəri Rəna İbrahimova növbəti təşkilat saatını "Fövqəladə hallar zamanı davranış qaydaları " mövzusuna həsr edib. Məqsəd belə hadisələr zamanı davranış qaydalarının öyrənilməsi və bu hallardan qorunması idi. Həmçinin dərs zamanı yanğınsöndürmə balonlarından və əleyhqazdan istifadə qaydaları və ilkin tibbi yardımların edilməsi əyani olaraq şagirdlərə göstərilib.