"28 May - Müstəqillik Günü"

  Məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə  28 May Müstəqilik Gününə həsr olunmuş tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şagirdlər müstəqillik, torpaq, bayraq uğrunda canından keçən qəhrəman oğullarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə iştirak edən məktəbin direktoru Kəmalə Qədirova çıxışında şagirdlərə  müstəqil, azad və bütöv Azərbaycan dövlətini hər zaman sevməyi, onu qorumağı tövsiyə edib.Bildirib ki, 28 May Müstəqillik Günü artıq işğaldan azad olunan torpaqlarda da qeyd olunur. Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qürurla qeyd edir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi    “Müstəqilliyimiz  əbədidir,sarsılmazdır,dönməzdir”.
Sonra şagirdlər 28 May Müstəqillik Gününə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi