MƏNİM KİTAB DAXILIM

Alimlərin araşdırmalarına görə, kitablar uşağın mənəvi inkişafında önəmli yer tutur. Odur ki, onlara hər vəchlə kitab oxumağı – həm də keyfiyyətli şəkildə mütaliə etməyi aşılamaq lazımdır. Bu işdə həm valideynlərin və həm də məktəblərin üzərinə böyük vəzifələr düşür.
Kitaba sevgi, kitab oxumağa maraq ilk öncə ailədən başlasa da, valideynlərdən qaynaqlansa da, məktəb də, müəllimlər də bu yönümdə müxtəlif işlər görməlidir.
Elə bu səbəbdən məktəbin kitabxanaçıları Cəmilə Bayramova, Tahirə Müslümova və ibtidai sinif müəllimi Sevinc Məcidova şagirdlərin kitaba, mütaliəyə həvəslərini artırmaq məqsədilə tez-tez müxtəlif tədbirlər keçirirlər. Onlar bu dəfə şagirdlərə yaxın günlərdə keçiriləcək Uşaq Kitab Festivalı haqqında məlumat vermiş, orada iştirakın əhəmiyyətindən danışmışlar. Sonda şagirdlərə Azərbaycan Nəşriyyatları Assosiasiyasının hazırladıqları məlumat xarakterli “Mənim kitab daxılım” adlı bir qutu veriblər.
Uşaqlar festivala qədər qənaət etdikləri pulları bu qutuda toplayacaqlarını və müxtəlif kitablar alacaqlarını söyləyiblər.