Müstəqilliyimiz əbədidir


Məktəbin tarix müəllimi Mənsimova Leyla məktəb kitabxanasında 5"B" sinfinin iştirakı ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirib.Tədbir Azərbaycan Respublikasının Himni ilə başlanıb. Şagirdlər müstəqiliyimiz, torpaqlarımızın işğaldan azad olunmasında canını fəda edən şəhidlərimizin xatirəsini hörmətlə yad ediblər. Sonra cümhuriyyət qurucuları haqqında slaydlar  nümayiş olunub. Şagirdlər Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər görkəmli şəxsləri canlandırıb, müstəqillik gününə həsr olunmuş şeirlər söyləyiblər. Tədbirin sonunda "Bir kərə yüksələn bayraq, bir daha enməz ",-  deyə səsləniblər. Tədbirdə məktəbin rəhbərliyi iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi