Azərbaycanın COP-29- a sədrliyi qlobal şimal və cənub arasında körpüdür

"Azərbaycanın COP-29- a sədrliyi qlobal şimal və cənub arasında körpüdür" mövzusunda tarix müəllimi Ofelya Cəfərovanın təşkilatçılığı və 10"A" sinfin şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Müəllim bildirib ki, hər il fərqli bir ölkənin sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP) " noyabrın 11-dən - 22-dək Bakıda keçiriləcək. O iştirakçı sayına və miqyasına görə Azərbaycanın indiyədək ev sahibliyi etdiyi " Ən böyük tədbir " adlandırılır. COP 29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir toplantıdır.