MƏKTƏBDƏ AÇIQ HAVADA COP 29 MÖVZUSUNDA DƏRS KEÇİRİLİB

Məktəbin coğrafiya müəllimi İradə Mirzəyeva 8"E" sinif şagirdlərinin iştirakı ilə açıq havada iqlim dəyişkənliyi və COP 29 mövzusunda dərs keçib. Müəllim şagirdlərə bu mühüm mövzunun əhəmiyyətini izah edib və müzakirələr aparıb. Dərs zamanı şagirdlər mövzu ilə bağlı suallar veriblər. Məktəbimiz belə dərslərlə şagirdlərin ekoloji maariflənməsinə və qlobal problemlərə qarşı həssaslığının artırılmasına töhfə verməyi hədəfləyir. Müəllim sonda bildirib ki, iqlim dəyişkənliyi və onun nəticələri haqqında məlumatların artırılması, gələcəyimizin qorunması üçün vacib addımlardandır.