BİOLOJİ MÜXTƏLİFLİYİN QORUNMASI HAQQINDA MAARİFLƏNDİRİCİ SÖHBƏT APARILIB.

Məktəbin biologiya müəllimi Minayə Ağayevanın təşkilatçılığı və 8b sinfinin iştirakı ilə “Bioloji müxtəlifliyi qoruyaq” mövzusunda maarifləndirici dərs keçirilib.İlk öncə müəllim biomüxtəlifliyin qeyd olunma tarixindən, ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində, zəngin biomüxtəlifliyin qorunması və bərpası istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Bildirib ki, Biomüxtəliflik Gününün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı “Bütün canlılar üçün ortaq gələcək qurmaq”dır.Sonda şagirdlər müzakirə olunan mövzu ilə bağlı maraqlı suallar veiblər.