Vətən daşı olmayandan, Olmaz ölkə Vətəndaşı

Məktəb kitabxanasında "Vətən daşı olmayandan, Olmaz ölkə Vətəndaşı" başlığı altında Birinci Qarabağ döyüşlərində qəhrəmanlıq yolu keçən yüzlərlə qəhrəman oğullarımızdan biri olan Bəşirov Revomir Valodya oğlunun anım günü qeyd olunub. Anım Günü Azərbaycan Respublikasının Himni ilə başlanıb.Tədbirin əvvəlində bütün şəhidlərimizi ruhu bir dəqiqəlik sükutla yad edilib. Kövrək notlar üzərində qurulmuş tədbirdə qəhrəmanlıq yolu keçib şəhidlik zirvəsi kimi ali zirvəyə yüksələn igid el oğlunun qısa və mənalı həyat yolundan söhbət açılıb. Şəhidimizin ruhuna həsr olunmuş şeir parçası, videoçarx nümayiş olunub. Tədbirdə məktəbin 6"A" və 9"B" sinif şagirdlərinin ifasında vətənpərvərlik ruhlu şeirlər söylənilib. Şəhid vətən oğlunun bacısı, məktəbin ana dili və ədəbiyyat müəllimi Bəşirova Həcər qardaşı haqqında kövrək xatirələr söyləyib. Sonda məktəbin direktoru Kəmalə Qədirova çıxış edərək Vətənimizin azadlığı və müstəqilliyi yolunda qəhrəmanlıq göstərən şəhidlərimizdən, 44 günlük müharibə zamanı müzəffər ordumuzun göstərdiyi rəşadət dolu qələbəmizdən söhbət açaraq bütün şəhidlərimizə Allahdan rəhmət, əzizlərinə səbr arzulayıb. Tədbirdən iştirakçılar kövrək duyğularla yanaşı qürur və iftixar hissi ilə ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi