GƏMİÇİLİYİN DÜNƏNİ VƏ BU GÜNÜ İLƏ TANIŞLIQ

Məktəbin 2"C"sinif şagirdləri ibtidai sinif müəllimi Rəna Kazımovanın rəhbərliyi ilə “Suraxanı gəmi-muzeyi”nə ekskursiya gediblər. Şagirdlər bələdçi Lyudmila Kislitsanın müşayiəti ilə 5000 ilə yaxın tarixə malik dəniz düyünlərini maraqla izləyib, interaktiv oyunlardan istifadə edərək əyləniblər. Şagirdlər Bakıda fəaliyyət göstərən və dünyada ilk tanker- muzey olan bu məkana ekskursiyadan böyük təəssüratla ayrılıblar.