ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ KOMANDASININ HESABAT İCLASI KEÇİRİLİB

Özünüqiymətləndirmə komandasının üzvü, məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova yanvar ayından komandanın fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. Dərs müşahidələrinin effektiv təşkili yolları üçün komanda üzvlərinə tez-tez tövsiyələr verdiyini, dərsləri müşahidə olunan müəllimlərin dərslərinin təhlil olunduğunu, faydalı məsləhətlər verildiyini bildirib. Əməkdaşlıq zəminində aparılan monitorinqlərin məktəbdə özünüqiymətləndirmə prosesinə kömək edəcəyini qeyd edib. Eyni zamanda monitorinq komandası üzvlərinin məsulliyətlə işlədiyini bildirib. Komanda üzvlərinin hər birinə təşəkkürünü bildirib.
Məktəbin direktoru Kəmalə Qədirova məktəb özünüqiymətləndirmə komandasının işinin təhsilin keyfiyyətinin artırılmasında rolunu qeyd edib. Bildirib ki, aparılan işlər şagird nailiyyətlərini yaxşılaşdırmaq üçün vacibdir. Eyni zamanda məktəbin hədəflərini müəyyənləşdirməyə və fəaliyyətini səmərəli planlaşdırmağa yardım edir. Kəmalə müəllim hesabat zamanı dərs müşahidələrini və bütün heyət arasında komanda işini dəyərləndirib. Sonda monitorinq komandası qarşıda olan planları müzakirə ediblər.