ƏZİZ ŞUŞA, BİZ GƏLMİŞİK!

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra Şuşanı görmək hamı kimi şagirdlərimizin də böyük arzusu olub. Məhz buna görə də məktəbin bir qrup ibtidai sinif şagirdləri müəllim Sevinc Məcidovanın rəhbərliyi ilə Şuşada ekskursiyada olublar. Onlar həm də Şuşada - Cıdır düzündə “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində erməni işğalçılarının flora və faunamıza vurduqları ziyana qarşı etirazlarını şəkil çəkməklə bildiriblər. Uşaqlar simvolik olaraq ağac şəkli şəkib söz veriblər ki, dünyamızı yaşıllığa bürümək üçün əllərindən gələnləri edəcəklər.
Ekskursiya zamanı şagirdlər Bülbülün ev-muzeyində, Cıdır düzündə, Yuxarı Gövhərağa məscidində və digər tarixi yerləri ziyarət ediblər. Onlar ekskursiyadan çox böyük təəssüratla qayıdıblar.