Nümunəvi dərs

Məktəb pedaqoji şurasının “Müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsi və yayılması barədə” çıxarışının qərarına əsasən məktəbin 3"A"sinif müəllimi Afət Allahverdiyeva Azərbaycan dilindən “Feilin zamanları” mövzusunda nümunəvi dərsi keçirib.
Dərsdə məktəb rəhbərliyi ilə yanaşı məktəbin digər metodbirləşmə rəhbərləri və fənn müəllimləri də iştirak ediblər. Dərs ümummili lider Heydər Əliyevin 101 illiyinin qeyd edilməsi ilə başladı. Müəllim dərsdə İKT və əlavə resurslardan istifadə edərək qarşıya qoyduğu məqsədə nail olub. Dərsin bütün mərhələlərində qiymətləndirmənin üsul və vasitələrindən istifadə edilib. Sonda şagirdlər özlərini də qiymətləndiriblər.