TƏBİİ FƏLAKƏTLƏR ZAMANI DÜZGÜN DAVRANIŞ QAYDALARI HAQQINDA SƏNƏDLİ FİLM NÜMAYİŞ OLUNUB

Məktəbin təşkilatçısı İradə İsmayılzadənin təşkilatçılığı ilə “Təbii fəlakətlər zamanı düzgün davranış qaydaları “  haqqında  maarifləndirici  söhbət aparılıb. Sonra şagirdlər sənədli film izləyiblər. Filmdə xilasetmə alət və avadanlıqları izahlı şəkildə nümayiş olunub, hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları izah olunub, təşkil edilən şərti zəlzələ zamanı zərərçəkənlərin binadan təxliyə qaydası və şərti yanğın zamanı yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olunub. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd tələbələri fövqəladə hallar sahəsində maarifləndirmək, onlara fövqəladə hallar zamanı davranış qaydalarını aşılamaq, gündəlik həyatda təhlükəsizlik qaydalarına riayət edilməsini izah etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi