ÇAY PLANTASİYASINA EKSKURSİYA

“Yaşıl Dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində məktəbin riyaziyyat müəllimi Zenfira Abdullayeva 9"B" sinif şagirdləri ilə birlikdə Azərbaycanın səfalı guşəsi və milli çayımızın məskəni olan "Lənkəran Çay "plantasiyasına ekskursiyaya gediblər. Şagirdlərə plantasiyada çayın əkilib-becərilməsi, istehsal olunması, təbii çayın orqanizmə faydaları haqqında maraqlı məlumatlar verilib. Diskussiya xarakterli səyahət şagirdlərdə gözəl təəssüratlar yaradıb. Şagirdlər doğma Vətənimizin füsunkar təbiəti olan Lənkərandan xoş təəssüratla ayrılıblar.