KİTAB BİZİM YAXIN DOSTUMUZDUR

Bu gün məktəbimizin kitabxanasında texnologiya müəllimi Alidə Allahyarovanın təşkilatçılığı ilə 5"A" sinfinin şagirdləri kitabların təmiri ilə bağlı aksiya keçiriblər. Aksiyada iştirak edən şagirdlər yazılmış, qopmuş kitab səhifələrini təmir edib və gördükləri bu faydalı işdən xüsusi zövq aldıqlarını bildiriblər. Tədbirin sonunda kitabxanaçılar Cəmilə Bayramova və Tahirə Müslümova şagirdlərə bu faydalı işlərinə görə təşəkkür ediblər. Sonda şagirdlər belə qənaətə gəliblər ki, kitabları cırmaq və yazmaq olmaz. Çünki kitab bizim ən yaxın dostumuzdur. Elmin bütün sirlərini bizə kitablar öyrədir. Şagirdlər bu tədbirdən xoş təəssüratla ayrılıblar