Azərbaycan dövlətçiliyinin yaranması və güclənməsi” mövzusunda tədbir keçirilib

Məktəbin tarix müəllimi Ofelya Cəfərova 5"C" sinif şagirdləri ilə milli – mənəvi dəyərlərimizə həsr olunmuş “Azərbaycan dövlətçiliyinin yaranması və güclənməsi” mövzusunda geniş senari lə hazırlanmış tədbir keçirib. Tədbirdə əsas məqsəd şagirdlərdə vətənpərvərlik, vətənə, dövlətə sədaqət, milli dəyərlərimizi sevmək, qorumaq kimi hisslər aşılamaq olub. Tədbirdə kiçik yaşlı məktəblilərin ifasında tarixi mövzuda səhnəciklər nümayiş olunub. Belə ki, Oğuz tayfalarının ağsaqqalı Dədə Qorqudun, Albaniya dövlətini düşməndən müdafiə edən Cavanşirin, ərəb xilafətinə qarşı yorulmadan mübarizə aparan Babəkin, Uzun Həsənin, ilk azərbaycanlı diplomat qadın Sara Xatunun, Şah İsmayıl Xətainin, Gəncə xanı Cavad xanın, Quba xanı Fətəli xanın və həyat yoldaşı Tuti Bikənin və başqa milli qəhrəmanların obrazları canlandırılıb. Şagirdlərin böyük həvəslə oynadığı rollar tamaşaçılarda böyük qürur və sevinc hissi aşılayıb. Bütün bunlarla bərabər müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolu, siyasi-ictimai fəaliyyəti, mili dəyərlərimizə və mədəniyyətimizə verdiyi qiymət, apardığı xeyirli işlər haqqında məlumatlar verilib. Şagirdlərin ifasında şeirlər, musiqi parçaları ifa edilib. Tədbir hər bir iştirakçının qəlbində böyük qürur və fəxarət hissi aşılayıb.