ADI ƏSRLƏR BOYU YAŞAYACAQ DAHİ

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə məktəbin 2"C" sinif şagirdləri müəllim Rəna Kazımovanın rəhbərliyi ilə H.Əliyev mərkəzinə ekskursiyaya gediblər.
Onlar "Müasir dövlətçiliyimizin qurucusu, ölkəmizin inkişaf strategiyasının banisi, müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar alıblar. Həmçinin dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Ekskursiyanın sonunda xatirə fotosu da çəkdirən ikincilər ekskursiyadan böyük təəssürat hissi ilə ayrılıblar.