Ulu öndərin ulu dünyası...

Deyirlər ki, dahiləri ilə yaşayan, var olan millət də, dövlət də ölməzdir. Ölməz dövlətin daim yaşayan dahisi Heydər Əliyevin - bu gözəl insanın, bu dahi şəxsiyyətin həyat yolu cild- cild kitablara sığmasa belə, onu bir saatlıq tədbirə sığışdırmaq istədik.

   Elə bu məqsədlə bu gün məktəbimizin akt zalında 7 "B" və 9 "B" sinif şagirdlərinin iştirakı ilə “Ulu öndərin ulu dünyası” adlı ədəbi-bədii gecə keçirilib. Şagirdlərimiz öz ecazkar məharətləri ilə gecəni rövnəqləndiriblər. Həzin saz havaları, gözəl mahnılar, ritmik rəqslər tamaşaçıların qəlbini qürur hissi ilə doldurub. Şagirdlərimiz çıxışlarında bildiriblər ki, Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə, yaddaşımızda əbədi yaşayacaq və bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacadır. Məktəbin direktoru Kəmalə xanım: “Dahi və bənzərsiz şəxsiyyət olan Heydər Əliyev parlaq günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salıb, bizə yol göstərir”, –deyərək tədbiri yekunlaşdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi