İnformatikadan maraqlı dərs keçirilib

İnformatika müəllimi Şəms Mansırovanın rəhbərliyi ilə 5"ç" sinif şagirdləri arasında layihə dərsi keçirilib. Dərs iki hissədən ibarət olub. Birinci hissə "Layihələrin təqdimatına hazırlıq" idi. Burada məqsəd şagirdlərin çıxışa hazırlıq üzrə bacarıqlarını sistemləşdirmək olub. Şagirdlər öz layihələrini təqdimat üçün hazırlayıblar.
İkinci hissə "Layihələrin təqdimatı" idi. Burada məqsəd birinci hissədə yaradılmış layihələrin təqdimatını təşkil etmək olub.Şagirdlərimiz bu işin öhdəsindən uğurla gəliblər.