MÜTƏFƏKKİR VƏ ŞAİR MƏHTİMQULU FƏRAQİ

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə Türk şair və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə “Mütəfəkkir və Şair Məhtimqulu Fəraqi” mövzusunda inşa müsabiqəsi keçirilib. Şagirdlər müsabiqənin şərtləri ilə tanış olduqdan sonra mütəfəkkir şairin yaradıcılığına həsr etdikləri inşalarını yazıblar. Müsabiqədə VIII-IX-X sinif şagirdləri iştirak edib.