AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Məktəbdə oftalmoloq alim akademik Zərifə Əliyevanın doğum günü münasibəti ilə  tədbir keçirilib. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Güləbətin Məhərrəmovanın təşkilatçılığı və 7 "A" sinif şagirdlərinin iştirakı ilə keçirilib. Şagirdlər tərəfindən təqdim olunan Akademik Zərifə Əliyevanın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx iştirakçıların marağına səbəb olub. Şagirdlərdən Qasımova Fatimə, Əhmədova Leyla, Ağarzayeva Zəhra Zərifə xanıma həsr edilmiş şeirlər söyləyiblər. Qurbanzadə Şamıl, Xəlilov Ömər Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolu haqqında təqdimatlar ediblər.

Müəllim bildirib ki, görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. Sonda Sevil Əliyevanın sözlərinə bəstələnmiş “Ana” mahnısı şagirdlər tərəfindən ifa olunub.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi