"Qayanın günahı" hekayəsinin müzakirəsi keçirildi

Məktəbin kitabxanasında Cəmilə Bayramova, Tahirə Müslümova və 3"A" sinfin rəhbəri Afət Allahverdiyevanın təşkilatçılığı ilə Türk yazarı Engin Köseoglunun "Can nənə" hekayələr kitabında "Qayanın günahı" hekayəsi müzakirə edilib.
Şagirdlərin tərbiyəvi, ibrətamiz mövzuda "Yalan ayaq tutar yeriməz", " Yalan söz üz qızardar ", " Yalanın ömrü az olar " atalar sözlərindəki dərin fikirlər barədə mülahizələri dinlənilib. Hekayədəki əsas ideya müəyyənləşdirilib. Hekayədən çıxan nəticə, düzgün davranış qaydaları bir daha qeyd olunub.