M.Füzulinin həyat və yaradıcılığı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhəmməd Füzulinin 530 illiy"i ilə əlaqədar sərəncamına əsasən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Bacıxanım 11"A" sinif şagirdləri ilə birlikdə şairin həyat və yaradıcılığına həsr edilən müzakirə keçirib.
Müzakirədə şairin həyatının mühüm məqamları vurğulanıb və yaradıcılığı şaxələndirilib.
M.Füzuli lirikasından müxtəlif janrlarda olan şeirlər səsləndirilib, poema yaradıcılığı, nəsr əsərləri barəsində ətraflı məlumat verilib. Füzuli kantatasına qulaq asan şagirdlər həm qəzəlin, həm də poema yaradıcılığının zirvəsi sayılan "Leyli və Məcnun"poemasını Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri ilə müqayisəli şəkildə maraqlı təhlil ediblər. "Leyli və Məcnun" operasından fraqmentlər göstərilərək obrazlar səciyyələndirilib. Sonda məktəbin direktoru Kəmalə Qədirova və təlim-tərbiyə işləri üzrə direktor müavini Nazımə Zeynalova tədbir haqqında öz fikirlərini və tövsiyələrini şagirdlərə bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi