Təbiətə vurğunluq - Açıq havada dərs

İnsan doğulduğu andan təbiətlə sıx əlaqədə olur. Buna görə də insan, təbiət və cəmiyyət üçlüyünü bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Məktəbimizin müəllim və şagird kollektivi olaraq biz də insanlığa xidmət edən dövlət tədbirlərindən kənarda qala bilmərik. Bu niyyətlə Azərbaycan təbiətinin gözəlliyi, bu gözəlliyə insanların münasibəti, təbii ehtiyatlara qayğını təbliğ edən müxtəlif fənlərin tədrisini açıq havada-təbiətin qoynunda keçirmək şagirdlər üçün çox maraqlı olur. Məktəbin 7 "B" sinif şagirdləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ədəbiyyat dərsini açıq havada- təbiətin qoynunda keçiriblər. Ədəbiyyat müəllimi H.Bəşirova dərslikdəki VI bölməyə - “Təbiətə vurğunluq, təbiətə qayğı” ya uyğun olaraq verilmiş mövzulardan söhbət açıb. M. Müşfiqin “Yağış yağarkən”, B.Həsənovun “İki bala”, Ə.Kürçaylının “Qaranquş”, İ.Əfəndiyevin “Şəhərdən gələn ovçu” əsərləri haqqında danışıb, təbiətdəki hadisələrin gözəlliyini, zəngin təbiətli Azərbaycanın gül-çiçəkli çəmənlərini, başı qarlı dağlarını, yaşıl yamaclarını insanların bu hadisələrə münasibətini şərh edib. Şagirdlər təbiətə həsr edilmiş şeirlər söyləyib, mahnılar zümzümə edərək öz bilik və bacarıqlarını tətbiq ediblər. Dərsin sonunda belə qənaət hasil olub ki, bu tipli dərslər çağdaş zamanımızda gənc nəslin vətənpərvərlik ruhunda, torpaq, yurd sevgisi ilə böyüməsinə, əsl vətəndaş kimi tərbiyəsinə geniş imkanlar yaradır. Ən ümdəsi isə ölkə rəhbərinin imzaladığı qanun, sərəncamlara diqqət və qayğını artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi