Məktəbdə təhlükəsizlik mühitinin yaradılması barədə iclas keçirilib

Məktəb direktorunun rəhbərlii ilə məktəbdə təhlükəsizlik mühitinin yaradılması barədə iclas keçirilib. Direktor bildirib ki, təhlükəsizlik tədbirləri ilə bağlı məktəbdə çalışan bütün işçilər və valideynlər maarifləndirilməlidir. Məktəbdə təhlükəsizlik günü elan edilməli, monitorinqlər aparılmalıdır. Təşkilatçı və sinif rəhbərləri hesabat verməlidir. Şagirdlərin davranışında müşahidə edilmiş nöqsan və çatışmazlıqlar barədə sinif rəhbərləri məlumat verməlidirlər.