MƏKTƏBDƏ OXU GÜNÜ KEÇİRİLİB

Məktəbdə 23 aprel Oxu günü münasibətilə Azərbaycan dili və ədəbiyyat və ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə tədbir keçirilib.Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova bildirib ki, şagirdlərin mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə mütaliənin keçirilməsi vacibdir. Kitablar şagirdləri zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır. Sonra şagirdlər Ulu Öndər Heydər Əliyevin məktəb, təhsil, məktəbin hər insanın həyatında rolu haqqında fikirlərini dinləyiblər. Tədbirdə şagirdlər mütaliə etdikləri əsərlərdən kiçik parçalar söyləyib , səhnəciklər təqdim ediblər. Dahi söz ustadlarının kitab haqqında söylədiyi dəyərli fikirləri söyəyiblər. Eyni zamanda Azərbaycan şairlərinin söz xəzinəsindən gözəl şeirlər ifa ediblər. Şagirdlər hazırladıqları kompozisiyalarla mütaliəyə,kitaba olan sevgilərini bir daha əyani şəkildə göstəriblər. Tədbir böyük ruh yüksəkliyi ilə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi