Bədii söz sənətində təbiətə məhəbbət və onu qorumaq

Məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyatı müəllimi Sahilə Allahverdiyeva VI "A" sinif şagirdlərinin iştirakı ilə "Bədii söz sənətində təbiətə məhəbbət və onu qorumaq" başlığı altında müzakirə keçirib. Müzakirə zamanı şagirdlər ədəbiyyatımızın görkəmli nümayəndələrinin əsərlərindən parçalar söyləyib, dünya şöhrətli Nizami Gəncəvinın "Xəmsə" yə daxil olan poemalarında təbiət gözəlliklərinin vəsfi, onun mühafizəsi və qorunması haqqında verilən parçalardan nümunələr söyləyib. Bütün elmlərdən agah olan Nizami Gəncəvi bir təbiətşunas alim kimi  "Sirlər xəzinəsi",  "Xosrov və Şirin", " Isgəndərnamə" poemalarında təbiətlə bağlı fikirlərini ecaskar qələmi ilə vəsf etdiyi və onu qorunmasını oxucusuna təbliğ etdiyi söylənilib.
   Təbiət aşiqi olan Səməd Vurğunun təbiət mövzulu şeirlərindən olan "Ceyran" şeiri həm şagirdlərdə, həm də iştirakçılarda Vətən təbiətinə bağlılıq onu qorumaq hislərini daha da artırıb. Sonda şagirdlərin təbiətlə bağlı əl işləri nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi