Şagirdlər Mərdəkan dendrarisinə ekskursiya ediblər

    Bakı şəhəri  üzrə Təhsil İdarəsinin 18.04.2022 – ci il F-138 nömrəli əmrinə əsasən “Yaşıl layihə : “Təbiəti qoruyanlar” layihəsinin 1.4 bəndinə əsasən məktəbin müəllimi Kəmalə Talıbova 7"C"sinif  şagirdlərini Mərdəkan dendrarisinə ekskursiyaya aparıb. Müəllim şagirdlərə məlumat verib ki, Mərdəkan dendrarisi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağ evi olub. Mərdəkan dendrarisinin bələdçisi şagirdlərə bildirib ki, Azərbaycanın Qırmızı kitabına salınmış 141 növ ağac bitkilərindən Dendrologiya koleksiya sahələrində 69 növü vardır. Dendrologiyanı landşaft memarlığının nümunəsi kimi milli sərvət hesab etmək olar. Ümumi sahəsi 12 ha olan dendroloji bağın 8 hektarında müxtəlif bitki kolleksiyası yerləşdiriilib. Ərazidə N.İ.Vavilovun botanika və şair Sergey Yesenin muzeyi vardır. Mərdəkan dendrarisinə ekskursiya şagirdlər üçün çox maraqlı olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi