MƏHƏMMƏD FÜZULİ AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİ TARİXİNİN İFTİXARIDIR

2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Bu münasibət ilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırova 8"B" sinfinin iştirakı ilə məktəb kitabxanasında “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır” adlı dəyirmi masa keçirib. Müəllim bildirib ki, Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illik yubileyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur. Şagirdlər dahi şairin qəzəllərini söyləyib, korifey sənətkarımız Şövkət Ələkbərovanın ifasında məşhur Füzuli kantatasını dinləyiblər. Sonda Məhəmməd Füzuli yaradıcılığına həsr edilmiş videoçarxa baxıblar. Tədbirdə məktəbin müdiriyyəti iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi