MƏKTƏBDƏ AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN ANIM GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Məktəbin biologiya müəllimi Aysel Fərhadovanın təşkilatçılığı və VII sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında akademik Zərifə Əliyevanın anım günü keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında böyük xidmətləri olduğunu qeyd edib. Müəllim çıxışında Zərifə xanımın şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu bildirib. Şagirdlər çıxışlarında bildiriblər ki, Zərifə xanım, eyni zamanda yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Tədbirdə məktəb müdiriyyəti iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi