Ümumdünya  Bioloqlar Günü kimi qeyd edilib

Biologiya həyat haqqında mədəniyyətimizi, sənətimizi, elmimizi, dinimizi, fəlsəfəmizi və "insan" kimi düşünə biləcəyimiz hər bir şeyi mümkün edən həyatı funksiyalarımızı dərk etməyimizə kömək olan bir elm sahəsidir.
Hər il aprel ayının 16-sı Ümumdünya  Bioloqlar Günü kimi qeyd edilir. Bu gün məktəbimizin biologiya müəllimi Mehriban Məmmədova 7"D" sinif şagirdləri ilə birgə "Yaşıl dünya naminə həmrəylik ili " layihəsi çərçivəsində havada  açıq dərs keçirib. Dərs zamanı şagirdlər biologiyanı dünyada mövcud müxtəlifliyin yayılması, həyat hadisələrini quruluş və fəaliyyətinə əsaslanaraq araşdıran, gələcək vəziyyəti ilə proqnozlar verən elm sahəsi kimi tanıdıqlarını qeyd ediblər. Dərsin sonunda Mehriban müəllim bu maraqlı layihənin həyata keçməsində əməyi olan hər bir şagirdə öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi