FÖVQƏLADƏ HALLAR ZAMANI DAVRANIŞ QAYDALARI MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLİB

Məktəbin çağırışaqədərki hazırlıq müəllimi Nurəddin Qasımov şagirdlərlə fövqəladə hallar baş verən zaman zəruri davranış qaydaları barədə maarifləndirici söhbət aparıb. Müəllim bildirib ki, evdə qaz və elektrik enerjisinin şəbəkədən necə söndürüldüyünü hər kəs öyrənib yadda saxlasın. FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.Tədbir zamanı odsöndürücü balonlardan istifadə qaydaları, məişətdə yanğın, dəm qazı təhlükəsi” və “112 qaynar xətti” mövzularında çıxışlar olub, videoçarxlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi