Məktəbdə "Erkən nikah" adlı psixoprofilaktik söhbət aparılıb

Məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova 8-9cu sinif şagirdləri ilə ”Erkən nikah" adlı psixoprofilaktik söhbət keçiriblər. Görüşdə şagirdlərin diqqətinə çatdırılıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də deyilir ki, erkən yaşda nikaha daxilolma ilk növbədə insan hüquqlarının pozulmasıdır. Eyni zamanda təhsilin keyfiyyətinin aşağı düşməsi və ən başlıcası isə təhsildən yayınmaqdır. Bunun həm elmi, həm də insan orqanizminə böyük zərəri var. Eyni zamanda psixoloqlar erkən nikahın həm fiziki, həm də psixoloji təsirlərindən söhbət açıblar.

Sonda şagirdlər mövzu ilə bağlı videoçarxı izlədikdən sonra onlara təqdim olunan sorğu vərəqini doldurublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi