PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova VII-XI siniflərdə fizika, kimya, biologiya, VII-IX siniflərdə həyat bilgisi, V-VI siniflərdə təbiət fənlərinin və fizika, kimya, biologiya fənləri üzrə şagirdlərin nəzəri biliklərini praktik təcrübədə tətbiqetmə bacarıqlarının inkişafına xidmət edən laboratoriya məşğələlərinin təşkili vəziyyəti barədə çıxış edib. Məktəbin direktoru Kəmalə Qədirova dərsdənkənar məşğələlərin, dərnəklərin, fərdi təhsilin tədrisi vəziyyəti və günüuzadılmış qrupun fəaliyyəti haqqında danışıb. Pedaqoji şurada məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova I siniflərdə ana dili, riyaziyyat fənləri üzrə keçirilən monitorinqin nəticələri və məktəbəhazırlıq qruplarında şagirdlərin dinləyib - anlama bacarıqları barədə iştirakçılara məlumat verib. Nazimə Zeynalova riyaziyyat dərslərində öyrətmənin və qiymətləndirmənin keyfiyyəti barədə çıxış edib. Məktəbin direktoru şagirdlərin ingilis dilində ünsiyyət bacarıqları haqqında çıxış edib. Sonra məktəbin müəllimləri Afət Allahverdiyeva və Alidə Abbasova müəllimlərin qabaqcıl pedaqoji təcrübəsinin öyrənilməsi və yayılması barədə pedaqoji şurada çıxış ediblər. Təşkilatçı İradə İsmayılzadə Uşaq Birliyi Rəhbərinin fəaliyyəti barədə çıxış edib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.